İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vatikan papası və dünya katolik xristianlarının rəhbəri Papa Fransis müsəlmanların miqrasiyası məsələsi və dinlərarası dialoqların davam etdirilməsi hədəfi ilə cari ildə ikinci müsəlman ölkəsinə səfərə başlayır.
Vatikan papası və dünya katolik xristianlarının rəhbəri Papa Fransis sabah, həftənin Şənbə günü, 30 Mart 2019-cu il, Mərakeşə səfər edəcək.
Papanı Mərakeşin paytaxtı Ribat şəhərində bu ölkədəki 30 min civarında mühacir katolik xristianlar və Cənubi Afrikadan olan xristian tələbələr qarşılayacaq.
Papanın iştirakı ilə Ribat stadionunda keçiriləcək məzhəbi mərasimdə 10 min nəfərin iştirak edəcəyi gözlənilir.
Mərakeşə ilk dəfə 1985-ci ildə rəsmi şəkildə Papa 2-ci Jan Pol səfər edib. Papa Fransis bu illər ərzində Mərakeşə səfər edən ikinci katolik rəhbərdir.
Habelə bir xristian din rəhbərini ölkəsinə dəvət edən ilk ərəb padşahı Mərakeşin 1985-ci ildəki kralı İkinci Həsən olub. O özü də 1991-ci ildə Vatikana səfər edib.
http://iqna.ir/fa/news/3800132