IQNA

22:12 - April 08, 2019
Xəbər sayı: 3484958
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Xəvanic rayonunda yeni təsis edilmiş və istifadə verilmiş Quran Parkını ilk həftədə 100 min nəfər ziyarət edib.

Dubayın Quran Parkını 100 min nəfər ziyarət edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Xəvanic rayonunda yeni təsis edilmiş və istifadə verilmiş Quran Parkını ilk həftədə 100 min nəfər ziyarət edib.

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay şəhərinin Xəvanic rayonunda yeni təsis edilmiş və istifadə verilmiş Quran Parkınının sahəsi 64 hektardır. Bu parkın salınmasına 200 milyon dirhəm xərclənib.

Quran Parkınının salınmasına birbaşa nəzarət edən şəhər bələdiyyəsinin baş direktoru Davud Hicri deyib: Dubay icra hakimiyyəti bu parkı Quran və İslam mədəniyyətinin cəmiyyətdə daha da yüksəldilməsi üçün tikib.

O əlavə edib: Quran Parkı İslami mədəniyyət ünsürlərini ehtiva edir. Bu park müxtəlif mədəniyyətləri yaxınlaşdırır. Həmçinin ölkənin turizm sahəsi üçün faydalıdır.

Quran Parkının memarı Faiqə Əkrəm deyib: Quran parkında Quranda adı çəkilən bitkilər, o cümlədən 12 növ bağ, 25 növ ağac və bitki növlərinin faydaları açıqlanıb. Bu parkda nar, banan, zeytun, yemiş, üzüm, incir, soğan, qarğıdalı, ədəs, buğda, razyanə, zəncəbil, reyhan, xiyar və sair bitki və meyvə bağları var.

http://iqna.ir/fa/news/3801775

Ad:
E-poçt:
* Comment:
* captcha: