IQNA

23:54 - April 28, 2019
Xəbər sayı: 3485052
Rusiya federasiyasının paytaxtı Moskvada fəaliyyət göstərən İslam Universitetinin Qurani-Kərim müəllimlərindən biri şiə məzhəbindəndir. O, müxtəlif şəhərlərin məcsid imamlarına Quran tədris edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskvada fəaliyyət göstərən İslam Universitetinin Qurani-Kərim müəllimlərindən biri şiə məzhəbindəndir.

O, Rusiya baş müftisinin göstərişi və sifarişi ilə bu ölkənin müxtəlif şəhərlərinin dini mədrəsələrində Quran tədris edir.

Moskvada fəaliyyət göstərən İslam Universitetinin Qurani-Kərim müəllimi Namiq Abışov İQNA ilə müsahibəsində dedi: Hər il vaxtaşırı olaraq Rusiyanın müxtəlif məscidlərində fəaliyyət göstərən Əhli-Sünnə imamları üçün təkmilləşdirilmə kursları təşkil edirik.

Namiq Abışov dedi: Quran fəaliyyətləri və bu mövzuda təkmilləşdirmə kursları Rusiyanın müftilər idarəsi tərəfindən mənə tapşırılıb. Təkmilləşdirmə kurslarında Əhli-Sünnə imamlarına Quranın səs, ləhn, təcvid ixtisası öyrədilir və həmçinin Quran müəllimlərinin yetişdirilməsi üçün çalışırıq.

O əlavə etdi: Moskva şəhərində də Quran dərsləri tədris edilir. Qurani-Kərimin müxtəlif mövzuları və ixtisasları üzrə fənlər öyrədilir.

http://iqna.ir/fa/news/3806943

تدریس قرآن در مساجد روسیه

تدریس قرآن در مساجد روسیه

 

Ad:
E-poçt:
* Comment:
* captcha: