İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Buko-Haram terrorist qruplaşmasının silahlı ünsürləri Nigeriya silahlı qoşunlarının qərargahlarından birinə hücum ediblər. Bu hücumda beş hərbiçi öldürülüb.
"Həyat" informasiya portalının (http://www.alhayat.com) bu barədə verdiyi məlumata əsasən, Buko-Haram terrorçularının sözügedən qərargaha beş nəfərin ölümü ilə nəticələnən hücumundan sonra digər 30 nəfər yoxa çıxıb.
Buko-Haram terrorçuları Nigeriya silahlı qüvvələrinin Mayduguri şəhərinin 135 kilometrliyində olan qərargahı tamamilə ələ keçiriblər. İtkinlərin taleyi barədə dəqiq məlumat yoxdur.