IQNA

Türkiyə və Amerika Suriya barədə müzakirə edəcək

23:27 - April 30, 2019
Xəbər sayı: 3485061
Ankarada keçiriləcək bu görüşdə Suriyanın şimalında təhlükəsizliyin bərpa edilməsi, iki ölkənin maraqlarının qorunması və İŞİD-in birdəfəlik məğlubiyyəti barədə danışılacağı ehtimal edilir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "AA" informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Suriya məsələləri üzrə nümayəndəsi bir sıra mövzuların müzakirəsi üçün Türkiyəyə gedib.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ-ın Suriya məsələləri üzrə nümayəndəsi Cefri Ceymiz və Amerika dövlətinin xüsusi nümayəndəsi Cool Rayburun və həmçinin onları müşayət edən heyət bu gün (30 Aprel 2019) Türkiyəyə gəliblər. Suriya məsələləri və Suriyanın şimal sərhədlərindəki təhlükəsizlik böhranı barədə keçiriləcək bu görüş May ayının 2-dək davam edəcək.

Həmçinin bu görüşdə Suriyanın şimalında təhlükəsizliyin bərpa edilməsi, iki ölkənin maraqlarının qorunması və İŞİD-in birdəfəlik məğlubiyyəti barədə danışılacağı ehtimal edilir.  

Ankarada keçirilən toplantıdan sonra Cenvrədə keçirilən görüşdə ABŞ İordaniya, Almaniya, Fransa, Misr, İngiltərə və Ərəbistanın nümayəndələri ilə də görüşəcək.       

http://iqna.ir/fa/news/3807705

 

Teqlər: abş ، türkiyə ، suriya ، İŞİd
captcha