IQNA

23:35 - April 30, 2019
Xəbər sayı: 3485062
Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon bağlantısında Suriya, Liviya və Türkiyədə baş vermiş son məsələlər barədə danışıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon bağlantısında Suriya, Liviya və Türkiyədə baş vermiş son məsələlər barədə danışıblar.

Bu barədə "turkey-breaking.com" informasiya portalı məlumat yayıb. Məlumatda Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğanın bu gün, həftənin ikinci günü, 30 Aprel 2019-cu il, Rusiyalı həmkarı Vladimir Putinlə telefon bağlantısında Suriya və Liviya hadisələrini müzakirə etdiyi deyilir.

Tərəflər bu telefon bağlantısında ölkələrin ikitərəfli əlaqələrinin gücləndirilməsi, Suriya və Liviyada sabitliyin bərqərar edilməsi və böhranın yatırılması barədə danışıblar.   

http://iqna.ir/fa/news/3807816

Teqlər: türkiyə ، suriya ، liviya ، rusiya
Ad:
E-poçt:
* Comment:
* captcha: