IQNA

23:44 - April 30, 2019
Xəbər sayı: 3485063
İraqın baş naziri Adil Əbdülmehdi vurğulayıb: İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bəğdadi bu video ilə çalışır ki, dağılmış terror təşkilatını yenidən ələ ala bilsin.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ən-nəşrə" informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın baş naziri Adil Əbdülmehdi məşhur terrorbaşı Əbu Bəkr Bağdadinin görüntüləndiyi videoya münasibət bildirib.

İraqın baş naziri Adil Əbdülmehdi bu gün, həftənin ikinci günü, 30 Aprel 2019-cu il, İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bəğdadinin videoçıxışına münasibət bildirərək deyib: İŞİD terror təşkilatının gücü zəifdir. Amma yenə də bu terror təşkilatı cəmiyyət üçün bir növ təhdid hesab edilir.

O vurğulayıb: İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bəğdadi bu video ilə çalışır ki, dağılmış terror təşkilatını yenidən ələ ala bilsin.

Qeyd edək ki, İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bəğdadi beş ildən sonra ilk dəfə videokliplə sosial şəbəkələrdə görüntülənib.

http://iqna.ir/fa/news/3807786/

Ad:
E-poçt:
* Comment:
* captcha: