IQNA

Qətərdə "əl-Utrüccə" Quran yarışları keçirilir

18:42 - May 01, 2019
Xəbər sayı: 3485069
Qətərin "Quran Bitkiləri Parkı Müəssisəsi" bu ölkədə 3-cü "Utrüccə" Quran hifzi yarışlarının başladığını xəbər verib. Bu yarışlarda müxtəlif yaş qruplarına aid olan qız və oğlan şagirdlər iştirak edilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "al-sharq" informasiya portalına istinadla verdiyi xəbərə görə, Qətərin "Quran Bitkiləri Parkı Müəssisəsi" bu ölkədə 3-cü "əl-Utrüccə" (Sitrus) Quran hifzi yarışlarının başladığını xəbər verib.

Qətərin Təhsil və Sosial İnkişaf Fondunun nəzdində fəaliyyət göstərən "Quran Bitkiləri Parkı Müəssisəsi" bu yarışları Rayyan şəhərinin "Təhsil Şəhərciyinin Came Məscidi"nin həmkarlığı ilə təşkil edib. Yarışların final mərhələsi mübarək Ramazan ayının əvvəllərində keçiriləcəkdir.

Bu yarışlarda müxtəlif yaş qruplarına aid olan qız və oğlan şagirdlər iştirak edilər. Yarışların hədəfi uşaqlara həyatlarında Quran təlimlərini yaşatmalarını öyrətməkdir.

Yarışlarda şagirdlər Quranın hifzi, Quran bitkilri, hədis, xübtə və gündəlik suallar kimi maraqlı proqramları icra edəcəklər.

Qeyd edək ki, bu yarışların "əl-Ütrucə" adlandırılması həzrət Peyğəmbərin (s) hədisinə istinadən baş vermişdir. Həzrət Peyğəmbər (s) Quran barəsində buyurur:    

 

«مَثَلُ الْمُؤْمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الأُتْرُجَّةِ رِيحُهَا طَيِّبٌ وَ طَعْمُهَا طَيِّب»

"Quranı tilavət edən möminin məsəli "ütrucə" (sitrus) kimidir. Həm iyi gözəldir, həm də dadı".

Xatırladaq ki, bu yarışların keçən il keçirilən 2-ci turunda 34 İslam ölkəsindən 1500 nəfər iştirak etmişdi. Həmin yarışlarda 800 nəfər final mərhələsinə vəsiqə qazanmışdı.   

http://iqna.ir/fa/news/3807656

captcha