IQNA

16:13 - June 03, 2019
Xəbər sayı: 3485260
Mübarək Ramazan ayının ilk günlərindən müxtəlif ölkələrin qeyri-müsəlman xanımlarının bir çoxu "Ramazanda hicab problemi" kampaniyasına qoşuluraq müsəlman xanımları müdafiə ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayının ilk günlərindən müxtəlif ölkələrin qeyri-müsəlman xanımlarının bir çoxu "Ramazanda hicab problemi" kampaniyasına qoşulublar.

Hicaba dəstək kampaniyasında iştirak edən qeyri-müsəlman xanımlar İslamofobiyaya və hicaba mənfi baxışa qarşı mübarizədə iştirak üçün başlarına İslami hicab geyiniblər.

Ümumdünya Hicab Günü kampaniyasının təsisçisi amerikalı müsəlman xanım Nəzmə Xan bu məlumatı yayaraq deyib: "Ramazanda hicab problemi" kampaniyasında Belarusiya, Brazilya, Kanada, Almaniya, Malaziya, Yeni Zelandiya, İngiltərə və Amerikadan qeyri-müsəlman xanımlar iştirak ediblər. Onlar iki ildir ki, davamlı olaraq bu kampaniyaya qoşulurlar. Bəzi qeyri-müsəlman xanımlar hətta Ramazan ayını Oruc da tutublar.

Hindistanlı müsəlman xanım Saniya Rüxsar Zahiruddin bu kampaniyanın keçirilməsinə münasibət bildirərək deyib: Dünyanı islamofobiyanın sardığı bir zamanda bu kampaniya müsəlman xanımlarda hicaba riayət etməkdə özünəgüvəni artırır.

Qeyd edək ki, Ümumdünya Hicab Günü 2013-cü ilin Fevral ayının birində amerikalı müsəlman xanım Nəzmə Xanın təşəbbüsü ilə təsis edildi. Həmin gündən qeyri-müsəlman xanımlar da müsəlman xanımları müdafiə etmək üçün bu kampaniyaya qoşulurlar.   

http://iqna.ir/fa/news/3816620

Ad:
E-poçt:
* Comment: