IQNA

12:18 - June 05, 2019
Xəbər sayı: 3485276
Böyük Britaniyanın Uels bölgəsinin ən böyük məscidlərindən biri qarşısına qoyduğu məqsədə müqəddəs Ramazan ayı boyu uğurlu əməl edib və edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın Uels bölgəsinin ən böyük məscidlərindən biri qarşısına qoyduğu məqsədə müqəddəs Ramazan ayı boyu uğurlu əməl edib və edir.

Belə ki, məscid plastik qab-qacaqdan imtina edərək, ətraf mühitin çirklənmədən qorunmasına töhfə vermək qərarı verib.

İndiyədək Kardiff şəhərində yerləşən Darul-İslam məscidi, təxminən, 70 min ədədək plastik qab-qacaqdan istifadə edə bilərdi. Məxsusən də, ötən il məsciddəki iftarlar üçün 30 min plastik çəngəl, bıçaq və qaşıq, 15 min fincan, 15 min boşqab, 10 min su butulkası istifadə edilib. Bu səfər isə, məcid bioloji çürüyə bilən materiallardan olan qab-qacaq və su qablarından istifadə edib; həmin tullantıları isə yenidən istifadə etmək mümkündür.

Məscid rəhbəri Məhəmməd Cabir plastikin ekologiyaya vurduğu ziyanın miqyasını öyrəndikdən sonra, məlum addım haqda qərar qəbul edib.

Hazırd Uelsin Müsəlmanlar Şurası ümid edir ki, regiondakı digər 20 məscid də analoji addımı atacaq.

Ad:
E-poçt:
* Comment: