IQNA

Ərəbistanın "Halal Diskoteka"sını partlatdılar + Video

19:11 - June 28, 2019
Xəbər sayı: 3485401
Sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanda yeni təsis edilmiş və istifadəyə verilmiş "Halal Diskoteka"nın partladılması barədə video yayıblar. Partlayış hadisəsi səhər saatlarında baş verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanda yeni təsis edilmiş və istifadəyə verilmiş "Halal Diskoteka"nın partladılması barədə video yayıblar.

"Halal Diskoteka"nın partladılması barədə video dünən, həftənin Cüməaxşamı günü (27 İyun 2019) müxtəlif sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin səhər saatlarında baş verdiyi deyilir. Bu hadisə barədə Səudiyyənin rəsmi məqamları hələ münasibət bildirməyiblər.

kod

Videogörüntüdə "Halal Diskoteka"nın binasında böyük partlayış baş verdiyi və insanların ətrafa qaçması, habelə təcili tibbi yardım və yanğın söndürmə işçilərinin canfəşanlığı müşahidə olunur.

Qeyd edək ki, Ciddədə "Halal Diskoteka"nın təsis edilməsi vətəndaşlar və sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi narazılıq və etirazla qarşılanmışdı.   

http://iqna.ir/fa/news/3822816

Teqlər: iqna ، ciddə ، halal diskoteka
captcha