IQNA

Kanadanın Toronto şəhərində halal qida festivalı keçirilib

8:14 - July 26, 2019
Xəbər sayı: 3485577
Kanadanın Toronto şəhərində halal qida günləri keçirilib. Şimali Amerikada böyük festival halını alan tədbirdə müxtəlif yaş kateqoriyalarına mənsub olan  35 min nəfər iştirak edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Toronto şəhərində halal qida günləri keçirilib. Şimali Amerikada böyük festival halını alan tədbirdə müxtəlif yaş kateqoriyalarına mənsub olan  35 min nəfər iştirak edib.
Halal yeməklərin nümayiş olunması Kanada fəaliyyət göstərən müsəlman cəmiyyətlərinin fəaliyyətini işıqlandırıb. 
Festivala qida sənayesinin fəalllarından olan 150-dən çox istehsalçı şirkət qatılıb. 
Torontodakı festival çərçivəsində halal yeməklərin bişirilməsi və təqdim edilməsi ilə yanaşı islam tarıxı və mədəniyyəti barədə də məlumat verilib. Həmçinin iştirakçıların və uşaqların əyləncəsinə də yer ayrılıb.
Qeyd edək ki, Kanadada 1 milyon 400 min nəfər müsəlman yaşayır. Müsəlmanların çox hissəsi əhalinin  sıx məskunlaşdığı Toronto  şəhərində yaşayır. Araşdırmaçılar Kanadada müsəlmanların sayının 2021-ci ilədək 1 milyon 600 min nəfərdən çox olacağını deyirlər. 
captcha