İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, diktator Ali-Xəlifə rejiminin hərbiçiləri Bəhreynli etirazçı şiə cavan Məhəmməd İbrahim Miqdadı güllə ilə vuraraq şəhid etdilər.
Hadisə dünən, həftənin Şənbə günü, 27 İyul 2019-cu il, xalq etirazçılarının "əl-Bilad əl-Qədim" rayonunda rejim əleyhinə keçirdikləri dinc aksiya zamanı baş verib.
Ali-Xəlifə rejiminin aksiyaçıları dağıtmaq üçün onlara güllə ilə atəş açıblar. Dinc aksiyaçılara atılan güllərdən biri Məhəmməd İbrahim Miqdada dəyərək onu şəhid edib.
Aksiyanın səbəbi isə dünən, günün birinci yarısında Ali-Xəlifə rejimi tərəfindən Əhməd İsa Mollalı (24 yaş) və Əli Məhəmməd Ərəb (25 yaş) adlı iki şiə cavanın günahsız yerə edam edilməsi olub.
Ali-Xəlifə rejimi edam etdiyi etirazçı cavanları 2017-ci ildə ölkənin daxili işlər nazirliyinin zabitini öldürməkdə günahlandırıb.
Ali-Xəlifə rejiminin bu addımı daxili müxalifət, beynəlxalq qrumlar, o cümlədən İran İslam Respublikasının diplomatik şəxsləri, Avropa Birliyi, Bəhreyn Şiələrinin Ali Şurası, İraqın "Nücəba" müqavimət gücləri və HİZBULLAH tərəfindən pislənib.