IQNA

Avqust ayının 12-si QURBAN bayramıdır

7:44 - August 04, 2019
Xəbər sayı: 3485640
İraqın Nəcəf şəhərində yaşayan böyük ŞİƏ alimi, təqlid mərcəsi və müctəhid Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin bu şəhərdəki ofisi Quraban bayramı ilə əlaqədar məlumat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alforatnews" informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərində yaşayan böyük ŞİƏ alimi, təqlid mərcəsi və müctəhid Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin bu şəhərdəki ofisi Quraban bayramı ilə əlaqədar məlumat yayıb.

Məlumatda cari ilin Zil-Hiccə ayının 1-ci gününün Avqust ayının 3-ə (həftənin Şənbə günü) təsadüf etdiyi deyilir. Buna görə də Avqust ayının 12-si (həftənin birinci günü) 1440-ci hicri-qəməri ili ilə QURBAN bayramıdır.

Qeyd edək ki, vəhabi şeyxlərinin idarə etdiyi Səudiyyə Ərəbistanı və bu ölkəyə korkoranə təqlid edən və özlərinin ayının hilalını izləmək üçün elmi və texnoloji gücləri olmayan bir neçə müsəlman ölkəsi Qurban bayramını Avqust ayının 11-də qeyd edəcəklər.

Xatırladırıq ki, Səudiyyə Ərəbistanı iki il ardıcıl olaraq (2018 və 2019) mübarək Ramazan bayramını səhv elan edərək müsəlmanların orucunu pozmuş və buna görə də külli miqdarda kəffarə ödəmişdi.

http://iqna.ir/fa/news/3831948

captcha