İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan şiələrinin təqlid mərcəsi və Əfqanıstan Şiə Alimləri Şurasının rəisi Həzrət Ayətullah Üzma Şeyx Məhəmməd Asif Möhsini bu axşam (5 Avqust 2019-cu il) vəfat edib.
Ayətullah Üzma Şeyx Məhəmməd Asif Möhsini 1314-ci hicri-şəmsi ilində Qəndəharda dünyaya gəlib. O, böyük şiə alimlərindən biridir. Bir ömür İslam dininə xidmət etmişdir. Onun fəaliyyətiləri sırasına Əfqanıstan Şiə Alimləri Şurasının rəisliyi, Kabulda Ali Dini Elmi Hövzənin təsis edilməsi, Kabulda "Xatəmun-Nəbiyyin" universitetinin təsisi və Ümumdünya Əhli-Beyt Cəmiyyətinin Ali Şurasının üzvlüyü daxildir.
Şeyx Asif Möhsini İslam dünyasının Seyid Möhsin Həkim və Əbul-Qasim Xoi kimi böyük alimlərinin hüzurunda elm öyrənmişdir. Onun "Mötəbər Hədislər Toplusu" və "Rical Elmində Məsələlər" kimi dəyərli əsərləri vardır.