IQNA

Hindistanda beynəlxalq İmam Əli (ə) konfransı keçirilir

11:26 - August 18, 2019
Xəbər sayı: 3485706
Konfrans çərçivəsində imamət və vilayət, müsəlmanların vəhdəti, İmam Əli (ə) hakimiyyətinin özəllikləri, İmam Əlinin (ə) fərdi və ictimai həyat tərzi kimi mövzularda səkkiz elmi iclas keçiriləcəkdir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Şənbə günü, 17 Avqust 2019-cu il, Hindistanın paytaxtı Yeni Dehli şəhərinin İslam Mədəniyyəti Mərkəzində İmam Əli (ə) adına beynəlxalq konfrans öz işinə başlayıb.

Mübarək Qədir-Xum bayramı münasibəti ilə təşkil edilən bu konfrans bu gün (18 Avqust 2019) və sabah da davam edəcəkdir.

Konfrans çərçivəsində imamət və vilayət, müsəlmanların vəhdəti, İmam Əli (ə) hakimiyyətinin özəllikləri, İmam Əlinin (ə) fərdi və ictimai həyat tərzi kimi mövzularda səkkiz elmi iclas keçiriləcəkdir.  

Konfransın açılış mərasimində Ümumdünya İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının rəisi Ayətullah Möhsün Əraki, Kərbəla Müqəddəs Ziyarətgahlarının nümayəndəsi Əllamə Şeyx Hüseyn Xəlili, Dehlinin sabiq qubernatoru Nəcib Cəng, İran İslam Respublikasının səfiri Əli Çəgini və digər tanınmış şəxsiyyətlər iştirak ediblər.

Konfransda mədəniyyət sahəsinin fəallarına hədiyyələr veriləcək və Xosrov Qasimin qələmə aldığı "əl-Mosuətul-Kübra fi mənaqibil-Mürtəza" kitabının təqdimatı keçiriləcək.   

http://iqna.ir/fa/news/3835580

تبیین ویژگی‌های حکومت امیرمؤمنان در کنفرانس امام علی(ع) در هند

تبیین ویژگی‌های حکومت امیرمؤمنان در کنفرانس امام علی(ع) در هند

تبیین ویژگی‌های حکومت امیرمؤمنان در کنفرانس امام علی(ع) در هند

Teqlər: iqna ، İmam Əli ، qədir-xum ، dehli ، konfrans
captcha