IQNA

Hindistan Kəşmirdə həyatı iflic edib

23:55 - August 30, 2019
Xəbər sayı: 3485753
İnsan Haqları Monitorinq Təşkilatı (HRW) Cammu Kəşmirdə tətbiq edilən məhdudiyyətlər və komendant saatı rejiminin vəziyyəti daha dramatik vəziyyətə gətirdiyini açıqlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İnsan Haqları Monitorinq Təşkilatı (HRW) Cammu Kəşmirdə tətbiq edilən məhdudiyyətlər və komendant saatı rejiminin vəziyyəti daha dramatik vəziyyətə gətirdiyini açıqlayıb.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, açıqlamada Hindistan hökumətinn Cammu Kəşmirdə insan haqlarını pozduğu qeyd olunub.
 
Təşkilatın Cənubi Asiya üzrə direktoru Menakşi Qanquli bildirib ki, Hindistan hökumətinin bölgədə telefon və internet rabitəsini dayandırması böyük zərər verir və bu qərarını dərhal dəyişməlidir.
 
O, məhdudiyyətlərin iqtisadi fəsadlara və insanların daha böyük aqressiyasına səbəb olduğunu söyləyib.
 
İnternet xidmətinin dayandırılması səbəbindən ticarətə ciddi zərbə vurulub. Həmçinin, media orqanlarının və bank sektorunun fəaliyyəti dayanıb.
 
Teqlər: hindistan ، kəşmir ، iqna
captcha