IQNA

Nigeriyanın Əhli-beyt (ə) aşiqləri Məhərrəmliklə əlaqədar əza məclislərinə başladı

17:44 - September 02, 2019
Xəbər sayı: 3485765
Dünyanın müxtəlif yerlərində olduğu kimi, Nigeriyadakı Əhli-beyt (ə) sevdalıları da 680-ci ildə Kərbəla çölündə İmam Hüseynin (ə) yavərləri ilə şəhid edilməsinin ildönümü ilə əlaqədar yas mərasimləri keçirməyə başlayıblar.

Maide.Az deyerler.org-a istinadən xəbər verir ki, Nigeriya ordusu və təhlükəsizlik qüvvələrinin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin tərəfdarlarına hücum etməsinə baxmayaraq, Məhərrəmlik məclisləri əvvəlki illərdəki kimi təşkil olunur.

Matəm mərasimləri Aşura adı ilə tanınan məhərrəm ayının onuncu gününə qədər davam edəcək. Mərasimlərdə yas tutanlar sinəzənlik edir və Kərbəla müsibətinə göz yaşı tökürlər.

Şeyx İbrahim Zəkzəkinin Twitter səhfəsində paytaxtı Abucada Məhərrəmlik matəminin şəkillərini paylaşılıb

Xatırladaq ki, Şeyx Zəkzəki tibbi müalicə almaq üçün Hindistana getmişdi və təhlükəsizliyi təmin olmadığı üçün ölkəsinə qayıtmağa məcbur oldu. Hal-hazırda onun vəziyyəti barədə dəqiq xəbər yoxdur.

captcha