IQNA

22:41 - September 17, 2019
Xəbər sayı: 3485830
BMT-dən verilən açıqlamaya görə, Myanma hakimiyyətinin Rohingya müsəlmanlarına qarşı etdiyi zorakılıq hərəkətlərinə dair yeni dəlillər ortaya çıxıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanma hakimiyyəti Arakan sakinlərinə qarşı "qeyri-insani hərəkətlər və zorakılıqlar" etməyə davam edir.
BMT-dən verilən açıqlamaya görə, Myanma hakimiyyətinin Rohingya müsəlmanlarına qarşı etdiyi zorakılıq hərəkətlərinə dair yeni dəlillər ortaya çıxıb.
BMT, Myanma hökumətinin Arakandakı müsəlmanlara qarşı "qeyri-insani hərəkətlər və zorakılıqlar" etməyə davam etdiyinə dair nəticəyə gəlib.
Yeni hesabata görə, 600 min Arakanlı hələ də Myanmada daha pis şərtlərdə soyqırım təhlükəsi altındadır. 
Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb.
Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb.
Bölgədəki humanitar vəziyyət kəskin şəkildə pisləşib. 1970-ci illərdən bəri Myanmada Rohingya müsəlmanları mütəmadi hücumlara və etnik təmizlənməyə məruz qalır.
İki milyona çatan Myanma müsəlmanlarının 80 faizi qonşu ölkələrə sığınıb.
Ad:
E-poçt:
* Comment: