IQNA

Seyid Həsən Nəsrullah: Bəzi ölkələr üçün neft qandan daha dəyərlidir

23:34 - September 20, 2019
Xəbər sayı: 3485845
O, bəzi ölkələrin Yəmən ordusunun Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumunu pisləyən bəyanatlarını qınayaraq deyib: Bu hücumların pislənilməsi göstərdi ki, neft qandan daha dəyərli imiş.

İQNA-ın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullhının baş katibi bəzi ölkələr və təşkilatların Yəmən ordusunun Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumunu pisləyən bəyanatlarını qınayaraq deyib: Bu hücumların pislənilməsi göstərdi ki, neft qandan daha dəyərli imiş.

Seyid Həsən Nəsrullah bu gün Hizbullahın banilərindən birinin vəfatı münasibəti ilə çıxışında Hizbullahın İsrailin hərhansı təhdidi ilə qarşılaşmaqda qəti mövqeyə malik olduğunu vurğulayaraq deyib: Sionist rejim PUA-larına qarşı əməliyyatlar Livanın hava sərhədlərinin həmin PUA-lar tərəfindən pozulması hallarının azalması ilə nəticələndi.

Nəsrullah Netanyahunun seçkilərdəki məğlubiyyətinə toxunaraq deyib: Bu seçkilərin nəticələri Hizbullah üçün önəmsizdir ona görə ki, sionistlərin partiyalar və siyasi koalisiyalarının siyasəti bütünlüklə fələstinlilər və ərəblərin əleyhinədir.

Livan Hizbullahının baş katibi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə xitabən deyib: Öz hesablamalarınız və İrana qarşı müharibə fikirlərinizə yenidən baxın ona görə ki, İranla müharibə sizi məhv edəcək, sizin sadəcə bircə dənə təsisatınıza qarşı hücumun belə nəticələri olursa görün növbəti hücumun nəticələri necə ola bilər,

Nəsrullah Yəmən xalqı və müqaviməti ilə həmrəylik elan edərək deyib: ARAMCO-nun neft təsisatlarına hücumdan sonrakı mövqelər göstərdi ki, bəziləri üçün insanın qanı və kəramətinin heç bir dəyəri yoxdur. Bəzi ölkələr və təşkilatlar bu hücumu pislədilər, görən onlar niyə səudiyyə koalisiyasının yəmənli qadın və uşaqlara qarşı hücumlarını pisləmirlər?

http://iqna.ir/fa/news/3843434

captcha