İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.
Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub.
"Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib.
Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib.
http://iqna.ir/fa/news/3844156