IQNA

İbrahimi dinlərin nümayəndələri üçün yanaşı ibadətxana tikiləcək

22:04 - September 24, 2019
Xəbər sayı: 3485869
Birləşmiş Ərəb Əmirlikliklərinin (BƏƏ) paytaxtı Əbu-Zəbidə səmavi dinlərin nümayəndələri olan müsəlmanlar, xristianlar və yəhudilər üçün yanaşı ibadət evləri tikiləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikliklərinin (BƏƏ) paytaxtı Əbu-Zəbidə səmavi dinlərin nümayəndələri olan müsəlmanlar, xristianlar və yəhudilər üçün yanaşı ibadət evləri tikiləcək.

“İbrahimi Dinlər Evi” olaraq adlandırılan layihə yaxınlarda icra ediləcək, məscid, kilsə və sinaqoq 2022-ci ildə açılacaq.

Layihənin müəllifi Ali İnsan Qardaşlığı Komissiyası bildirib ki, bu addımın məqsədi dinlər arasında qarşılıqlı hörməti gücləndirmək və dialoq mədəniyyətini yaymaqdır.

Binanın dizayneri isə Britaniyalı məşhur memar Deyvid Edgedir.

http://iqna.ir/fa/news/3843808

 

captcha