IQNA

Kəşmirlilər İmran Xananın çıxışını dəstəklədilər

15:15 - September 29, 2019
Xəbər sayı: 3485890
İmran Xanın Birləşmiş Millətlər Təşkilatındakı çıxışından sora Hindistanın Kəşmir əyalətində yaşayan Səringər şəhərinin müsəlmanları şadyanalıq ediblər və İmran Xanın çıxışını dəstəklədiklərini bildiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın baş naziri İmran Xanın BMT (Birləşmiş Millətlər Təşkilatı)-ndakı çıxışından sora Hindistanın Kəşmir əyalətində yaşayan Səringər şəhərinin müsəlmanları şadyanalıq ediblər və İmran Xanın çıxışını dəstəklədiklərini bildiriblər.

İmran Xan cari həftənin Cümə günü (27 Sentyabr 2019) BMT (Birləşmiş Millətlər Təşkilatı)-ndakı çıxışında dünya ölkələrinin başçılarına bildirib ki, Hindistanın kontrolunda olan Kəşmirdə iki ay davam edən komendant saatı, məhdudiyyət zorakılıq və hərtərəfli zəyiqlərdən sonra qantöküləcəyi və müharibə başlanacağı barədə nigarandır.

İmranın Xanın bu çıxışı Səringərlilər tərəfindən alqışla qarşılanıb. Onlar deyiblər ki, onun danışığı bizə aramlıq verir, onun bizə diqqəti bizi tənhalıqdan çıxarır.  

İmran Xan 45 dəqiqəlik çıxışında vurğulayıb ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) bu faciənin qarşısını almazsa, Hindistan və Pakistan arasında müharibə qaçılmaz olacaq.

O əlavə edib: Narindra Mudi hərbi komendant saatını götürmək barədə nə fikirləşir?! O elə bilir ki, Kəşmirlilər bundan sonra sakit oturacaq və bu məsələləri çox sakit qarşılayacaqlar?!   

http://iqna.ir/fa/news/3845668

Teqlər: iqna ، hindistan ، kəşmir ، pakistan ، İmran Xan
captcha