IQNA

Bosniyada İslamofobiya və irqçiliyi yayırlar

15:49 - September 29, 2019
Xəbər sayı: 3485891
Məlumatda deyilir ki, 1990-cı ilin müharibəsində müsəlmanlar əleyhinə başladılan soyuq müharibə və İslamofobiya hələ də davam edir və bu günlərdə bu məsələ daha da kəskinləşib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son araşdırmalar göstərir ki, Bosniya və Hersoqovinada İslam və müsəlmanlar əleyhinə təbliğat və irqçilik zəminində düşmənçilik yaratmaq kimi məsələlər Serb və Xorvat siyasətçilər tərəfindən gücləndirilir.  

Məlumatda deyilir ki, 1990-cı ilin müharibəsində müsəlmanlar əleyhinə başladılan soyuq müharibə və İslamofobiya hələ də davam edir və bu günlərdə bu məsələ daha da kəskinləşib.

Ankaranın "Sosial, iqtisadi və siyasi araşdırmalar universiteti"nin 2018-ci il üçün "Avorpada İslamofobiya" hesabatında deyilir ki, Xorvat və Sebr siyasətçiləri çalışırlar ki, Bosniya müsəlmanlarını radikal kimi tanıtdırsınlar və beləliklə də ölkənin təcziyəsi üçün zəmin yaratsınlar.

"Bosniya Müsəlmanlarının İslami Adətləri Müəssisəsi"nin araşdırmaçı yazarı Hikmət Karaçiç həmin hesabatda yazır: "Bosniya serblərinin rəhbəri və prezident şurasının üzvü Milorad Dudik 2018-ci ildə canlı yayımda müsəlmanların Azan deməsini təhqir etdi".

Xorvatiya siyasətçiləri müsəlman Bosniyanı məğlub edilmiş bir dövlət və radikal müsəlmanların yuvası kimi təqdim edirlər. Bununla demək istəyirlər ki, sülh və təhlükəsizliyin qorunması üçün bu ölkə ikiyə bölünməlidir.   

Hesabata görə, 1996-cı ildən 2017-ci ilədək islamofobiya zəmində yaranmış hadisələrdə 13 bosniyalı mühacir öldürülüb və 20 nəfər yaralanıb.  

http://iqna.ir/fa/news/3845665

Teqlər: bosniya ، serbiya ، xorvatiya ، islamofobiya ، iqna
captcha