IQNA

6:52 - October 05, 2019
Xəbər sayı: 3485918
Şimali Hollandiyanın Ali Məhkəməsi Leyvarden şəhərində yaşayan Mərakeşli müsəlmanların məscidini yandıran həmin şəxsi üç il həbs cəzasına və 1300 avro məbləğində cərimə ödəməyə məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın Leyvarden şəhərində müsəlmanların məscidini yandıran şəxsə hakim üç il həbs cəzası kəsdi.

Şimali Hollandiyanın Ali Məhkəməsi Leyvarden şəhərində yaşayan Mərakeşli müsəlmanların məscidini yandıran həmin şəxsi üç il həbs cəzasına və 1300 avro məbləğində cərimə ödəməyə məhkum edib.

Məscidi yandıran şəxs məscidin önünə zibil kisələrini qoyaraq onları yandırmış və bu yanğın məscidə keçmişdi. Yanğın nəticəsində məscidə namaz qılmağa gələnlər və məscidin camaat imamı ölüm təhlükəsi ilə üz-üzə qalmışdı.

Məlumata görə, bu hadisədən sonra təhlükəsizlik qüvvələri məscidin ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.    

http://iqna.ir/fa/news/3847087

Teqlər: iqna ، hollandiya ، məscid ، imam camaat
Ad:
E-poçt:
* Comment: