IQNA

5:49 - October 09, 2019
Xəbər sayı: 3485937
Mekzikanın cənubunda yerləşən Çiyapas əyalətinin yerli əhalisi və kəndlilərinin 5500 nəfəri müqəddəs İslam dinini qəbul edərək müsəlman olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mekzikanın cənubunda yerləşən Çiyapas əyalətinin yerli əhalisi və kəndlilərinin 5500 nəfəri müqəddəs İslam dinini qəbul edərək müsəlman olublar.

Mekzikanın Mayayi yerliləri arasında 1989-cu ildən indiyədək İslam dinini qəbul edənlərin sayı çoxalan xətt üzrə davam edib.

Araşdırmaçılar bunu onların sülhsevərliyi və tolerantlığı ilə əlaqələndiriblər. Habelə Suriya, Livan və İspaniyadan olan müsəlman miqrantların da bu ölkəyə hicrət etmələri onların İslam dinini qəbul etməsinin amillərindən hesab edirlər.

Müsəlmanların yaşadığı əsas mərkəzlərdən biri də Çiyapas əyalətinin cənubunda yerləşən "San Kristobal de las Kasas" şəhərinin kəndlərində yaşayan yerli Tzotzil cəmiyyətidir.  

Tzotzil cəmiyyəti Məzkəzi Amerikanın qədim Maya imperatorluğu zamanından qalmış axırıncı tayfadır. Onların sayı 300 min nəfər civarındadır.  

https://iqna.ir/fa/news/3848300

File photo

Teqlər: iqna ، maya ، tzotzil ، meksika ، islam
Ad:
E-poçt:
* Comment: