IQNA

21:28 - October 16, 2019
Xəbər sayı: 3485969
Cənubi Afrikanın Qordons Bay bölgəsindəki müsəlmanlara 5 illik gözləyişdən sonra məscid inşa etməyə icazə verilib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Cənubi Afrikanın Qordons Bay bölgəsindəki müsəlmanlara 5 illik gözləyişdən sonra məscid inşa etməyə icazə verilib.
Qordons Bay İslam cəmiyyətinin rəhbəri Qasım Pir 2014-cü ildə 2700 kv.m ərazini məscid inşası üçün alıb.
Lakin torpaqda ticarət obyektləri və yaşayış binaları tikmək üçün icazə verilsə də, məscid inşa etmək üçün icazə verilməyib. Bununla bağlı məhkəməyə müraciət edilib və 5 ildən sonra icazə verilib.
Şərt olaraq deyilib ki, azan səsi məsciddən kənarda eşidilməməli və avtomobil dayanacağı geniş olmalıdır.
Hazırda müxaliflər bu qərarın ləğv edilməsi və məscid inşasının qarşısının alınması üçün yuxarı instansiya məhkəməsinə müraciət etməküçün hazırlıq görürlər.
Teqlər: iqna ، cənubi afrika ، məscid
Ad:
E-poçt:
* Comment: