IQNA

Polşa muzeyində İmam Hüseyn (ə) əzadarlığı aləti qeydə alınıb

22:29 - October 26, 2019
Xəbər sayı: 3486032
İran İslam Respublikasının Buşəhr şəhərinin "Humer" İmam Hüseyn (ə) əzadarları qrupu Polşanın Varşava şəhərinin Aşura mövzusunda "Həqiqətin təcəllası" adlı teatr icra edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Buşəhr şəhərinin "Humer" İmam Hüseyn (ə) əzadarları qrupu Polşanın Varşava şəhərinin Aşura mövzusunda "Həqiqətin təcəllası" adlı teatr icra edib.

Buşəhr şəhərinin "Humer" İmam Hüseyn (ə) əzadarları qrupunun icra etdikləri Aşura teatrının sonuncu icrasından sonra bu qrupun istifadə etdikləri iki əzadarlıq aləti Polşanın "Asia-Pacific" muzeyində tarixi eksponant kimi qeydə alınıb və muzeydə saxlanılıb.

Humer qrupunun sonuncu Aşura əzadarlığı teatrında istifadə etdikləri qədim "dammam" (nağara, dümbək) və fleyta alətləri muzeyə hədiyyə edilib.

Polşa əhalisi Humer qrupunun qədim və ənənəvi əzadarlıq üslubunu və bu mövzuda icra edilən "Eşqi Əəla" səhnəsini bəyiniblər. Habelə Polşanın milli televiziyası bu teatrı mediada işıqlandırıb.

Aşura mövzusunda keçirilən proqramda İran İslam Respublikasının Polşadakı səfiri, tələbələr, müəllimlər və Mədəniyyət Əlaqələri İdarəsinin məsulları iştirak ediblər.    

https://iqna.ir/fa/news/3852527

Teqlər: polşa ، muzey ، imam hüseyn ، aşura ، varşava
captcha