IQNA

Franfurktda "İslam Almaniyaya aiddir" kitabı nəşr edildi

23:09 - October 27, 2019
Xəbər sayı: 3486036
Almaniyanın 71-ci beynəlxalq kitab sərgisinin İran İslam Respublikasına aid köşkündə "İslam Almaniyay aiddir" kitabının təqdimat mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın 71-ci beynəlxalq kitab sərgisinin İran İslam Respublikasına aid köşkündə "İslam Almaniyay aiddir" kitabının təqdimat mərasimi keçirilib.

Kitabın təqdimat mərasimində İranlı və Almaniyalı mədəniyyət və incəsənət adamları, elmsevərlər, İran İslam Respublikasının Franfurkt şəhərindəki baş konsulu, İran İslam Respublikasının Yəzd şəhərinin meri və sərginin məsulları iştirak ediblər.

Təqdimat mərasimində kitabın Almaniyalı naşiri və İslamika nəşriyyat şirkətinin müdiri kitabın yazılması və nəşrinin hədəfləri barədə danışıb.

O, çıxışında İslam dini və müsəlmanların Avstraliya və Almaniyaya aid olmamasını əsassız sözlər hesab edərək bu ölkədə müsəlmanların qədim tarixindən danışıb.

O əlavə edib: Bu ölkələrdəki qədim və tarixi İslami əsərlər müsəlmanların bu torpağa yad olmadığının sübutudur. İslam Alman və Asvtraliyanın ayrılmaz bir hissəsidir. Müsəlmanlar keçmiş əsrlərdə bu diyarın tarix, elm, fəlsəfə, ədəbiyyat, şeir, incəsənət və mədəniyyətində və hətta kilsə və qəbiristanlıqlarında təsirə malik olublar.  

"İslam Almaniyaya aiddir" kitabı cari ildə Almaniyanın Bermən şəhərinin İslamika nəşriyyatında 141 səhifədə çap və nəşr edilib.

https://iqna.ir/fa/news/3852557

Teqlər: almaniya ، iqna ، İslam ، franfurkt
captcha