IQNA

Nottingemdə Peyğəmbərin (s) mövlud bayramı keçirildi

8:17 - November 05, 2019
Xəbər sayı: 3486089
İngiltərənin Nottingem şəhərində yaşayan müsəlmanlar sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) qarşıdan gələn mübarək mövlud günü münasibəti ilə izdihamlı bayram yürüşü keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Nottingem şəhərində yaşayan müsəlmanlar sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) qarşıdan gələn mübarək mövlud günü münasibəti ilə izdihamlı bayram yürüşü keçiriblər.

Noyabr ayının 3-də təşkil edilən bu bayram yürüşü Fatimiyyə Came məscidindən başlayaraq "Berridge Road" rayonuna qədər davam edib.  

Yürüşdə iştirak edənlər öncə Quran tilavət ediblər. Daha sonra camaata şirniyyatlar və şokaladlar paylayıblar.

Bayram mərasiminə toplaşan müsəlmanlar bu bayramı il boyunca gözlədiklərini, peyğəmbəri (s) sevdiklərini bildiriblər və Peyğəmbərin (s) insanlara eşq və sülh nümunəsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, Böyük Britaniyanın əhalisinin 2 milyonunu müsəlmanlar təşkil edirlər. Nottingem şəhəri müsəlmanların sıx yaxşadığı böyük şəhərlərdən biridir.   

https://iqna.ir/fa/news/3854545

The beginning of the Mawlid Un Nabi parade in Nottingham

captcha