IQNA

İraqın qəbilə başçıları İran millətindən üzr istədilər

1:01 - November 08, 2019
Xəbər sayı: 3486107
İraqın Kərbəla şəhərində İran İslam Respublikasının konsulluğunun binası hücuma məruz qalmasının ardınca bu ölkənin bəzi qəbilə və tayfa başçıları İran dövləti və millətindən üzrxahlıq ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində İran İslam Respublikasının konsulluğunun binası hücuma məruz qalmasının ardınca bu ölkənin bəzi qəbilə və tayfa başçıları İran dövləti və millətindən üzrxahlıq ediblər.

İraqın bəzi qəbilə və tayfa başçıları İran İslam Respublikasının konsulluğuna gələrək baş verən hadisəyə və iğtişaşçıların konsulluğa hücum etməsinə görə İraq xalqı və Kərbəla camaatı adından üzr istəyiblər.

Qeyd edək ki, keçən həftənin Bazar günü İran İslam Respublikasının Kərbəla şəhərində konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalmışdı. İraq təhlükəsizlik qüvvələri və polis iğtişaşçıları geri oturdaraq onların İraqlı aksiyaçılardan olmadıqlarını elan etmişdi.   

https://iqna.ir/fa/news/3855316

Teqlər: İraq ، iran ، kərbəla ، konsulluq ، iqna
captcha