IQNA

7:15 - November 11, 2019
Xəbər sayı: 3486120
Sultan Hacı Həsən Bulqiya müsəlmanları sevimli İslam peyğəmbərinin (s) mövlud günü münasibəti ilə təbrik edərək deyib: Müsəlmanar Həzrət Məhəmməd (s) kimi bir rəhbərin həqiqi ardıcılları olmalıdırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bruneinin kralı Sultan Hacı Həsən Bulqiya müsəlmanları sevimli İslam peyğəmbərinin (s) mövlud günü münasibəti ilə təbrik edərək deyib: Müsəlmanar Həzrət Məhəmməd (s) kimi bir rəhbərin həqiqi ardıcılları olmalıdırlar.

Bruneinin kralı Sultan Hacı Həsən Bulqiya çıxışında müsəlmanların bir-birinə dəstək olması məsələsindan danışaraq deyib: Ölkəmizin və xalqımızın xoşbəxtlik və səadətini İslam dininə borcluyuq.

Sultan Hacı Həsən Bulqiya "qonşusu ac olarkən özü tox yatan müsəlman deyil" hədisini xatırladaraq əlavə edib: İmkanlı insanlar imkansızlara və güclülər zəiflərə kömək etməlidirlər. Bu, İslam dininin əsasları və təməl prinsipləridir.

O, İslam dininin əsaslarına əməl etməyən hakimiyyətləri tənqid edərək dedi: Onların işlərinin çoxu İslam dini ilə ziddir. Bu isə dünyada baş verən cinayətlərin bir çoxunun əsas amili və axirətdə də əzab səbəbidir.     

https://iqna.ir/fa/news/3855561

Ad:
E-poçt:
* Comment: