IQNA

21:39 - November 12, 2019
Xəbər sayı: 3486130
Livanın tanınmış şiə alimi, bir çox elmi kitabların müəllifi və elmi dini hövzə ustadı Əllamə Seyid Abdullah Şərəfuddin keçən həftənin bazar günü, 10 Noyabr 2019-cu il, 93 yaşında ikən vəfat edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın tanınmış şiə alimi, bir çox elmi kitabların müəllifi və elmi dini hövzə ustadı Əllamə Seyid Abdullah Şərəfuddin keçən həftənin bazar günü, 10 Noyabr 2019-cu il, 93 yaşında ikən vəfat edib.

Əllamə Seyid Abdullah ibn Seyid Əbdülhüseyn Şərəfuddin Amuli 1927-ci ildə Livanın cənubunda yerləşən Şəhur kəndində anadan olub. Sur şəhərinin Cəfəriyyə mədrəsəsində təhsil alıb. İlkin hövzəvi təhsilini atasının yanında öyrənib. 1954-cü ildə hövzə dərslərini davam etdirmək üçün İran İslam Respublikasının Qum şəhərinə gəlib. Təhsilini başa vurduqdan sonra 1969-cu ildə vətəninə qayıdaraq təbliğə və elmi işə başlayıb.

Onun "mulhəqatu buğyətur-rağibin", "məə mosuaatu ricaluş-şiə" (3 cild) və "möcəmu ricaluş-şiə" (50 cild) kimi dəyərli əsərləri var.  

https://iqna.ir/fa/news/3856098

 

Teqlər: əllamə ، rical ، şərəfuddin ، iqna
Ad:
E-poçt:
* Comment: