IQNA

Sosial şəbəkədə İslamofob video paylaşdığı üçün həbs edildi

11:49 - November 23, 2019
Xəbər sayı: 3486194
Luyiz Ryan Daksberi (Lous Ryan Duxbury) məhkəmədə bu videonu 2017-ci ildə söz azadlığı qanunu əsasında paylaşdığını və bu sözlərin təkcə terrorçular və radikallara aid olduğunu deyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Brtitaniyalı vətəndaş Facebook sosial şəbəkəsində İslamofob video paylaşdığı üçün həbsə məhkum edildi.

İngiltərənin Yurk şəhərinin ali məhkəməsi mətbuata açıqlamasında bildirib ki, 22 yaşlı Luyiz Ryan Daksberi (Lous Ryan Duxbury) Facebook sosial şəbəkəsində paylaşdığı videoda insanları müsəlmanlar əleyhinə silahlanmağa dəvət edib, müsəlmanları təhqir etməklə yanaşı onların yer üzündən məhv edilməsinin gərəkdiyini deyib.

Məhkəmənin prokuroru Stefan Geratic (Stephen Grattage) bu video barədə polisə Sent Jon Universitetinin tələbələr birliyinin nümayəndəsi şikayət etdiyini deyib.

Luyiz Ryan Daxberi (Lous Ryan Duxbury) məhkəmədə bu videonu 2017-ci ildə söz azadlığı qanunu əsasında paylaşdığını və bu sözlərin təkcə terrorçular və radikallara aid olduğunu deyib.

Məhkəmə onu cəmiyyətdə nifrət yaradan cinayət törətməkdə təqsirli bilərək həbs edib. Daksberi Noyabr ayının 29-dək zəmanətlə sərbəst buraxılıb.

https://iqna.ir/fa/news/3858439

captcha