IQNA

Sionist rejim on iki fələstinlini həbs etdi

23:59 - November 26, 2019
Xəbər sayı: 3486213
İsrail rejiminin silahlı qüvvələri bu gün, 26 Noyabr 2019-cu il, Qəzzənin qərb sahillərinə hücum edərək 12 nəfər Fələstinlini həbs ediblər və sorğulamaq üçün polis mərkəzinə aparıblar.

Sionist rejim on iki fələstinlini həbs etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  işğalçı sionist İsrail rejiminin silahlı qüvvələri bu gün, həftənin ikinci günü, 26 Noyabr 2019-cu il, Qəzzənin qərb sahillərinə hücum edərək 12 nəfər Fələstinlini həbs ediblər və sorğulamaq üçün polis mərkəzinə aparıblar.

İsrail rejimi həmin Fələstinliləri İordaniya çayının qərb sahillərində terror əməliyyatları həyata keçirməkdə ittiham edir.

Qeyd edək ki, sionist rejimin silahlıları hər gün Fələstin vətəndaşlarını müxtəlif bəhanələrlə həbs edir və işğalda olan Qüdsdə onların evlərinə soxulurlar.

Fələstin əsirlər komitəsinin verdiyi hesabata görə, israil rejimi indiyədək 5000-dən çox Fələstin vətəndaşını belə bəhanələr ilə həbs edib.   

https://iqna.ir/fa/news/3859744

captcha