IQNA

22:23 - November 27, 2019
Xəbər sayı: 3486217
Yəmənin Milli Qurtuluş Hökumətinin həbsxana işləri komitəsinin sədri Əbdülqədir Əl-Mürtəza Səudiyyə rejiminin koalisiyasının 200 yəmənli məhbusu azad etməsi xəbərini təkzib edib.

İQNA-nın verdiyi xəbərə görə, Səudiyyənin işğalçı koalisiyasının sözçüsü Türki əl-Maliki işğalçıların əsir götürdükləri 200 yəmənlinin azad edilməsi barədə razılaşma əldə olunduğunu desə də bu xəbər ƏNSARULLAH tərəfindən təkzib edilib. 

Yəmənin Milli Qurtuluş Hökumətinin həbsxana işləri komitəsinin sədri Əbdülqədir Əl-Mürtəza Səudiyyə rejiminin koalisiyasının 200 yəmənli məhbusu azad etməsi xəbərini təkzib edib.

Əbdülqədir Əl-Mürtəza əvvəllər də BMT-nin əsirlərin vəziyyəti ilə maraqlanan xüsusi nümayəndəsinin mövqeyini tənqid edərək, Səudiyyə rejiminin dəstəklədiyi Yəmənin istefa verərək qaçmış xain M. Hadi rəhbərliyinin əsirlərin mübadiləsi layihəsini sabotaj etdiyini deyib.

Yəmənin Ənsarullah hərəkatı siyasi bürosunun üzvü Məhəmməd Əl-Buhəyti Səudiyyə rejiminin işğalçı koalisiyasının əsirlərin azadlığa buraxılması və ağır vəziyyətdə olan xəstələrin xaricə göndərilməsi üçün Yəmən şərtlərinə sadiq qalmalı olduğunu söyləyib.

Məhəmməd Əl-Buhəyti Əl-Cəzirə televiziyasına verdiyi açıqlamasında, Səna rəhbərliyinin sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarı olduğunu qeyd edərək, belə deyib: “Səudiyyə rejiminin etibar mühiti formalaşdırması vəziyyətində sülh üçün müzakirədən bəhs edə bilərik. Səudiyyə rejimi, həmçinin Səna rəhbərliyinin əsirlərin sərbəst buraxılması və blokadanın ləğvi məsələsində şərtlərini qəbul etməlidir.

https://iqna.ir/fa/news/3859873

Teqlər: səudiyyə ، yəmən ، ƏNSARULLAH ، iqna
Ad:
E-poçt:
* Comment: