IQNA

Misrli Quran mütərcimi vəfat etdi

23:19 - November 30, 2019
Xəbər sayı: 3486228
Qurani-Kərim Portoqal dilinə mütərcimi və Braziliyanın Sao-Paulo universitetinin Ərəb dili fakültəsinin təsisçisi Doktor Helmi Məhəmməd Nəsr 97 yaşında fani dünya ilə vidalaşıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərim Portoqal dilinə mütərcimi və Braziliyanın Sao-Paulo universitetinin Ərəb dili fakültəsinin təsisçisi Doktor Helmi Məhəmməd Nəsr 97 yaşında fani dünya ilə vidalaşıb.

Doktor Helmi Məhəmməd Nəsr Misrdə anadan olub. 55 il Qurani-Kərimə, İslam dininə və Ərəb ədəbiyyatına xidmət edib. Onun bir çox elmi və akademik əsərləri və tərcümələri yadigar qalıb.

O, 2004-cü ildə Qurani-Kərimi Protuqaliya dilinə tərcümə etdi. Həmin tərcümə Mədinənin Məlik Fəhəd Quran çapı və nəşri müəssisəsi tərəfindən çap və nəşr edildi.

Ömrünün 55 ilini Braziliyada və Latın Amerikasında İslam dininə xidmət edən Dr. Helmi 2015-ci ildə Misrə qayıtmışdı.

Doktor Helmi Məhəmməd Nəsrin yas mərasimi sabah, 1 Dekabr 2019-cu il, həftənin Bazar günü, Braziliyada keçiriləcək.  

https://iqna.ir/fa/news/3860484

captcha