IQNA

Özbəkistanda "Ürəyimiz Quran evi" adlı yarış keçirildi

23:31 - November 30, 2019
Xəbər sayı: 3486229
Qrup halında keçirilən yarışların qaliblərinə hədiyyələr verilib. Birinci yeri 3-cü kursun "Sabiqat", 2-ci yeri ikinci kursun "Büşra" və üçüncü yeri 1-ci kursun "Übəyy ibn Kəəb" qrupları qazanıblar.   

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanda "Ürəyimiz Quran evi" adlı Qurani-Kərim yarışları keçirilib.

Yarışlar Qurani-Kərimin hifzi, tilavəti, təcvidi, Quran məfhumları və 7 məşhur qarinin həyatları ilə tanışlıq ixtisasları üzrə Daşkəntin İslam insititutunun qızları arasında keçirilib.

Yarışlar qrup halında keçirilib. Qalib qruplara hədiyyələr verilib. Birinci yeri 3-cü kursun "Sabiqat", 2-ci yeri ikinci kursun "Büşra" və üçüncü yeri 1-ci kursun "Übəyy ibn Kəəb" qrupları qazanıblar.   

https://iqna.ir/fa/news/3860454/

captcha