İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dekabr ayının 18-də Gürcüstanda "Dini maarifləndirmənin təkfirçilik və radializmlə mübarizədə rolu" konfransı keçiriləcək.
Tiflis şəhərində keçiriləcək konfransda İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi bu ölkənin Müsəlmanlar İdarəsi ilə həmkarlıq edəcək.
Bu konfrans "Radikaliz və zorakılıqla beynəlxalq mübarizə günü" ilə eyni vaxtda keçiriləcək.
Konfransda Rusiya, İran İslam Respublikası, Dağıstan, Türkiyə və Azərbaycandan ruhanilər, ilahiyyatçılar, dini tələbələr, alim və mütəfəkkirlər iştirak edəcəklər.