IQNA

Misr "İslami terrorizm" ifadəsinin istifadəsi barədə xəbərdarlıq etdi

23:09 - December 04, 2019
Xəbər sayı: 3486255
Misrin Darul-İfta İdarəsi "İslami terrorizm" ifadəsinin istifadə edilməsi barədə xəbərdarlıq edib və bildirib ki, bu, terrorizmi və islamofobiyanı yayır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Darul-İfta İdarəsi "İslami terrorizm" ifadəsinin istifadə edilməsi barədə xəbərdarlıq edib və bildirib ki, bu, terrorizmi və islamofobiyanı yayır.

Misrin Darul-İfta İdarəsi bu gün (4 Dekabr 2019) bu barədə yaydığı bəyaniyyədə bildirib: 2001-ci ilin Sentyabr ayından meydana çıxmış "İslami terrorizm" sözü terrorçuları qidalandırır və İslamofobiyanı rəvac verir.

Misrin Fətva Mərkəzinin bəyaniyyəsində bu sözün İslami dəyər və prinsiplərə zərbə vurduğu və İslamofobiyaya təkan verdiyi vurğulanır.

Bəyaniyyədə qeyd edilir ki, bu ifadənin yayılmasının nəticəsində Londonda (2005), Madriddə (2004), Stokholmda (2010) terror partlayışları baş verib və İŞİD kimi cinayətkar terrorçular yaranıb.

https://iqna.ir/fa/news/3861865

captcha