IQNA

Norveçdə insanlara pulsuz Quran paylanıldı

23:40 - December 06, 2019
Xəbər sayı: 3486268
Norveçdə radikal islamofobların Qurana etdiyi hörmətsizliyə cavab olaraq bu ölkədə insanlara pulsuz Qurani-Kərim nüsxəsi paylanıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Norveçdə radikal islamofobların Qurana etdiyi hörmətsizliyə cavab olaraq bu ölkədə insanlara pulsuz Qurani-Kərim nüsxəsi paylanıldı.

Norveçin İslam mədəniyyəti və incəsənəti birliyi, İslam ədəbiyyatı birliyi və "Minhacul-Quran" adlı İslam mərkəzləri Norveçin paytaxtı Olsoda və ikinci böyük şəhəri Bergendə 10 min nüsxə Qurani-Kərimi vətəndaşlara hədiyyə ediblər.

Bu Quran nüsxələrinin çapı və nəşrinin xərclərini xeyriyyəçilər və İslam mərkəzləri ödəyiblər.

İslam mərkəzləri Kristiansand şəhərində SİAN islamofob təşkilatının (Norveçin islamlaşmasını dayandırın) təqhiramiz addımına cavab olaraq bu addım atıblar.  

https://iqna.ir/fa/news/3861949

Teqlər: iqna ، quran ، norveç ، islamofobiya
captcha