IQNA

Sudan silahlı qüvvələrini Yəməndən çıxardır

23:49 - December 06, 2019
Xəbər sayı: 3486269
Sudanın baş naziri Abdullah Həmduk deyib: Bizim Yəmənin işinə müdaxiləmiz təkcə tərəfləri siyasi həll yoluna dəvət üçün olmalıdır. Buna görə də silahlı güclərimizi Yəməndən geri çağırmaq istəyirik.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın müvəqqəti baş naziri bu ölkənin Yəməndəki silahlı qüvvələrini geri çağıracağını elan edib.

Sudanın müvəqqəti baş naziri Abdullah Həmduk deyib: Bizim Yəmənin işinə müdaxiləmiz təkcə tərəfləri siyasi həll yoluna dəvət üçün olmalıdır. Buna görə də silahlı güclərimizi Yəməndən geri çağırmaq istəyirik.

Atlantik şurası toplantısında iştirak edən Həmduk əlavə edib: Bizim dövlətimiz Ömər əl-Bəşirin zamanında Yəmənə hərbi müdaxilə edib. Yəməndəki çəkişmə hərbi yolla həll olmayacaq. Bu savaş siyasi yolla həll edilməlidir. Biz Yəməndəki bacı və qardaşlarımıza kömək edirik.

Qeyd edək ki, Ömər əl-Bərişin dövründə Sudan hərbiçiləri Səudiyyə koalisiyasının tərkibində Yəmənə girib. ƏNSARULLAH sözçüsünün hesabatına görə 2015-ci ildən indiyədək Yəməndə 4 min Sudanlı əsgər ölüb.

https://iqna.ir/fa/news/3862043

Teqlər: sudan ، yəmən ، iqna ، səudiyyə
captcha