IQNA

23:45 - December 07, 2019
Xəbər sayı: 3486274
Silahlı qarşıdurmalar yersizdir. Bütün silahlı qruplaşmalar səhnəni tərk etməlidir. Bütün silahlı dəstələr meydanı təhlükəsizlik qüvvələri üçün boşaltmalıdırlar ki, onların vəziyyəti idarə edə bilsinlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın xalq könüllülərindən (Həşduş-Şəəbi) ibarət dəstinin (Əsaibu Əhlil-Həqq Hərəkatı) rəhbəri Qeys Xəzəli ölkəsində daxili fitnənin baş qaldırmaqda olduğu barədə xəbərdarlıq edərək deyib: Silah təkcə dövlətin əlində olmalıdır.

İraqın "Əsaibu Əhlil-Həqq Hərəkatı"nın rəhbəri Qeys Xəzəli sosial şəbəkə hesabında xalqı və müxtəlif dəstələri silahlı çəkişmədən uzaq durmağa dəvət edib.

O, daxili fitnənin yaranması barədə xəbərdarlıq edərək deyib: Silahlı qarşıdurmalar yersizdir. Bütün silahlı qruplaşmalar səhnəni tərk etməlidir. Bütün silahlı dəstələr meydanı təhlükəsizlik qüvvələri üçün boşaltmalıdırlar ki, onların vəziyyəti idarə edə bilsinlər.

İraqın "Əsaibu Əhlil-Həqq Hərəkatı"nın rəhbəri Qeys Xəzəli vurğulayıb: İraqın dini mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin əmr və tövsiyələrinə itaət etmək lazımdır. Dövlətin əlində olan silahdan başqa heç kimdə silah olmamalıdır və daxildə baş verəcək fitnədən qorunmalıyıq.

https://iqna.ir/fa/news/3862177

Ad:
E-poçt:
* Comment:
* captcha: