IQNA

23:47 - December 16, 2019
Xəbər sayı: 3486320
Səudiyyə Ərəbistanın Qətif və Dəmam vilayətində yaşayan şiələrin Quran Şurası gələn iki ay əzrində Qurani-Kərimin təcvid, hifz və tərtil ixtisasları üzrə illik yarışların keçiriləcəyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Qətif və Dəmam vilayətində yaşayan şiələrin Quran Şurası gələn iki ay əzrində Qurani-Kərimin təcvid, hifz və tərtil ixtisasları üzrə illik yarışların keçiriləcəyini elan edib.

Bu yarışların çərçivəsində mədəniyyət yarışı da təşkil ediləcək. Yarışların ilkin mərhələsi 2020-ci ilin Yanvar ayının 30-da başlayacaq və Fevral ayının 7-də sona çatacaq.

Quran yarışlarının final mərhələsi gələn ilin (2020) Fevral ayının 21-də, yekun mərasimi isə Fevral ayının 28-də keçiriləcək.

https://iqna.ir/fa/news/3864401

 

Ad:
E-poçt:
* Comment: