IQNA

Moskvanın böyük ərzaq mağazalarından biri məscidə çevirildi

11:58 - December 17, 2019
Xəbər sayı: 3486322
Rusiya federasiyasının paytaxtı Moskva şəhərində məscid və ibadət evlərinin az olduğu üçün bu şəhərin böyük ərzaq mağazalarından biri məscidə çevirildi.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərində məscid və ibadət evlərinin az olduğu üçün bu şəhərin böyük ərzaq mağazalarından biri məscidə çevirildi.  

Moskva müsəlmanları özlərinin səyi nəticəsində əldə etdikləri bu məkandan əsasən Cümə namazı qılmaq üçün istifadə edəcəklər.

Moskvanın cənub-şərqində yerləşən Zebilikavaya rayonunun məşhur Maqnit silsilə mağazalarından birini müsəlmanlar icarə edərək özləri üçün ibadət məkanına çeviriblər.

Əlbəttə ərazidə yaşayan yerli camaat Cümə namazına gələnlərin onların gündəlik hərəkətləri üçün mane yaratdıqlarını bəhanə edərək buna etirazlarını bildiriblər. Məscidin camaat imamı Anar Ramazanov isə müsəlmanların öz maşınları qanuni dayanacaqlarda saxladığını və insanların hərəkəti üçün bir maneə yaratmaqdıqlarını vurğulayıb.   

https://iqna.ir/fa/news/3864450

captcha