IQNA

İSESCO: Bütün İslami ölkələrin qədim əsələri reyestrə daxil edilməlidir

9:39 - December 18, 2019
Xəbər sayı: 3486331
Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin XI konfransı çərçivəsində “Tunis İslam mədəniyyəti paytaxtı - 2019” ilinin bağlanış tədbiri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin XI konfransı çərçivəsində “Tunis İslam mədəniyyəti paytaxtı - 2019” ilinin bağlanış tədbiri keçirilib.

Dünən, həftənin Çərşənbə axşamı günü, 17 Dekabr 2019-cu il, bu tədbirdə iştirak edən İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Salim ibn Məhəmməd əl-Malik İslam ölkələrinin bütün antik tarix və mədəniyyət əsərlərinin İSESCO-nun “İslam dünyasının tarixi və mədəni irsi reyestri”nə daxil edilməsi tələbi ilə çıxış edib.    

İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Salim ibn Məhəmməd əl-Malik vurğulayıb: İSESCO-da İslami ölkələrin antik mədəniyyət əsərlərinin qeydə alınması üçün beynəlxalq və elmi standartlara cavab verən xüsusi şöbə var.

İSESCO-nun baş direktoru bəzi müsəlman ölkələrində İslami irsin oğurlanması, dağıdılması və qarət olunaraq məhv edilməsinə işarə edərək deyib: Hazırda “dünyanın mədəni irsi siyahısı”nda yer almış 54 antik əsər ciddi təhlükə və təhdid ilə üz-üzədir. Bu əsərlərin 37-si İslami ölkələrin payına düşür.    

https://iqna.ir/fa/news/3864935

captcha