IQNA

Taylandda Quranın hifzi mərkəzi açıldı

23:25 - December 24, 2019
Xəbər sayı: 3486358
Küveytin “ər-Rəhmət” beynəlxalq xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə Taylandda Qurani-Kərimin hifzi mərkəzi təsis edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin “ər-Rəhmət” beynəlxalq xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə Taylandda Qurani-Kərimin hifzi mərkəzi təsis edildi.

Küveytin “ər-Rəhmət” beynəlxalq xeyriyyə cəmiyyətinin Tayland və Kambuc ofislərinin rəisi Əyyub Əvəz bu barədə mətbuat konfransında məlumat verərək deyib: Bu mərkəzdə eyni zamanda qız və oğlanlardan ibarət 70 nəfər Quran hafizinin yetişdirilməsi imkanları yaradılmışdır.

O, Quran hifzi mərkəzlərinin və Quranın savadsızlıqla mübarizədə rolunun əhəmiyyətli olduğunu önə çəkərək deyib: Qurani-Kərimin hifzi mərkəzləri yeni nəslin Quran ədəbi və əxlaqına malik olmasında müstəsna rola malikdir.   

Küveytin “ər-Rəhmət” beynəlxalq xeyriyyə cəmiyyətinin Tayland və Kambuc ofislərinin rəisi Əyyub Əvəz vurğulayıb: “ər-Rəhmət” cəmiyyəti İslami mədrəsə və mərkəzlərinin açılması, İslam dini və Quran maarifinin yayılması, müsəlman azlıqlara kömək və müxtəlif mədəniyyətlərin dialoqu sahəsində mühüm proqramlar icra etmişdir.

https://iqna.ir/fa/news/3866293

 

captcha