IQNA

Papa Fransis: “Məsihin miladı Allahın bəşəriyyətə sevgisinin nişanəsidir”

23:54 - December 25, 2019
Xəbər sayı: 3486365
Dünya katoliklərinin dini rəhbəri Papa Fransis Vatikanın Müqəddəs Pitr kilsəsində “milad gecəsi” mərasimində çıxış edərək deyib: “İsa Məsihin miladı Allahın bütün insanları sevməsinin əlamətidir”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünya katoliklərinin dini rəhbəri Papa Fransis Vatikanın Müqəddəs Pitr kilsəsində “milad gecəsi” mərasimində çıxış edərək deyib: “İsa Məsihin miladı Allahın bütün insanları sevməsinin əlamətidir”.

O əlavə edib: Ola bilsin ki, sizin yanlış fikirləriniz və ya pis səhvləriniz olsun, amma Allah yenə də sizi sevir.

Argentinalı papa bəzi kilsə keşişlərinin seksual azğınlıqlarına işarə edərək möminlərdən kilsənin bu kimi uğursuzluqlarına görə Allahdan uzaqlaşmamalarını istəyib.

Milad bayramının “Rəbbani gecə” mərasimində Venezuela, İraq və Uqandadan da uşaqlar iştirak ediblər.

https://iqna.ir/fa/news/3866491

captcha