IQNA

10:53 - December 27, 2019
Xəbər sayı: 3486372
İraqda parlaq istedad sahibləri və seçkinlər arasında 12-ci milli Qurani-Kərim yarışlarının final mərhələsi Dekabr ayının 31-də, yerli vaxtla səhər saat 10:00-da başlayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda parlaq istedad sahibləri və seçkinlər arasında 12-ci milli Qurani-Kərim yarışlarının final mərhələsi Dekabr ayının 31-də, yerli vaxtla səhər saat 10:00-da başlayacaq.

İraqın Şiə İslam Fondu İdarəsinin nəzdində fəaliyyət göstərən Milli Quran Elmləri Mərkəzinin təşəbbüsü ilə Qurani-Kərimin hifzi və tilavəti üzrə keçirilən bu yarışlar 2020-ci ilin Yanvar ayının 3-dək davam edəcək.

Bu yarışlar günün birinci və ikinci yarısında və kişilər arasında Kazimeyn şəhərinin müqəddəs ziyarətgahının toplantı salonunda keçiriləcək.

Kazimeyndə keçirilən Quran yarışlarının qalibləri beynəlxalq Quran yarışlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Yarışların yekun mərasimi 2020-ci ilin Yanvar ayının 3-də, həftənin Cümə günü keçiriləcək. Yekun mərasimini İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) mətbuatda işıqlandıracaq.  

https://iqna.ir/fa/news/3866837

Ad:
E-poçt:
* Comment:
* captcha: