İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Həşduş-Şəbi (xalq könüllüləri silahlıları) heyəti bu gün (Cümə günü, 27 Dekabr 2019) Samerranın cənubunda İŞİD terrorçularının hücumunun qarşısını aldıqları barədə məlumat yayıb.
İŞİD terrorçuları Samerranın cənubunda yerləşən “Telluz-Zəhəb” rayonuna nüfuz edərək Bələd şəhrinə və “Seyyid Əhməd türbəsi”nə gedən “Qənat 14” strateji şossesində əlaqəni kəsmək istəyiblər.
Həşduş-Şəbi qüvvələri Termal kameralar vasitəsi ilə terrorçuları vaxtında tanıya və zərərsizləşdirə biliblər.
Qeyd edək ki, İŞİD terrorçuları 2017-ci ildə İraqda xalq könüllülərinənin döyüşçülərinə məğlub olsalar da onların qalıları bəzən terror əməliyyatları həyata keçirməyə cəhd edirlər.